Xüsusi təyinatlılar İtaliyada 100 ən təhlükəli cinayətkarlar siyahısına daxil olan 46 yaşlı mafioz Natale Trimbolini həbs ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarışda olan cinayətkar ötən gecə Cənubi İtaliyanın Kalabrii vilayətinin Molokio şəhərində yaxalanıb. Yerli KİV-in məlumatına görə, Trimboli güclü “ndranqeta” kalabriyski cinayətkar qruplaşmasının iri qruplaşmalarından birinə rəhbərlik edib. Saxlanılan zaman silahlı olsa da, heç bir müqavimət göstərməyib. Onunla birlikdə olan üç nəfər də təhlükəli cinayətkarı gizlətdiklərinə görə barələrində həbs qətimkan tədbiri seçilib. Trimboli 2010-cu ildən ümummili və beynəlxalq axtarışda olub. O, “Minotavr” işinə görə Turində keçirilən məşhur məhkəmə prosesində adı keçənlərdən olub. İtaliyanın istintaq orqanları onu bir sıra ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkarlıqda və narkotik alverində ittiham edir.
Modern.az