Modern.az

Hesabı ödəyə bilməyən ata uşaqlarını kafedə girov qoydu - VİDEO

Hesabı ödəyə bilməyən ata uşaqlarını kafedə girov qoydu - VİDEO

21 Yanvar 2015, 22:35

Krasnodardakı kafelərdən birində fövqəladə vəziyyət baş verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kişi iki azyaşlı uşağı ilə kafeyə gələrək onlara pirojna və çay, özünə isə kofe sifraiş edib. Kafedə bir saata yaxın oturandan sonra müştəri ofisiantdan hesab gətirməsini xahiş edib, ancaq o, ödəməyə pul tapmayıb. Bu zaman qonşu küçədəki bankomatdan tələb olunan qədər pul çıxarmaq üçün vəd verərək 7 və 5 yaşlı uşaqlarını kafedə qoyaraq gedib. Kafenin əməkdaşları atılmış uşaqları sakitləşdirib əyləndirərək özlərini tərbiyəçi rolunda aparıblar. Üstündən iki saat keçsə də, ata qayıtmadığından kafenin personalı mühafizə əməkdaşlarını çağırıblar.Mühafizə əməkdaşları kafeyə gələndə orada atalarının qoyub getdiyi oğlanla qızı görüblər. Uşaqlar ev ünvanlarını bilməyiblər, bu səbəbdən təqribən evlərinə gedən yolu göstəriblər. Evlərinin yerləşdiyi küçəni bilsələr də, axtarış nəticə verməyib. Bu zaman balaca qız getdiyi uşaq bağçasını tanıyıb və beləcə evlərini də tapa biliblər. Evin yaxınlığında onları nənələri və sahə müvəkkili qarşılayıb. Məlum olub ki, uşaqları atıb gələn ata həmin müddətdə evdə yatırmış. Araşdırma zamanı onun həmin gün rəhmətə gedən həyat yoldaşını xatırlayaraq çoxlu içib. Qonşular bu ailə barədə xoşagəlməz heç nə söyləməyiblər. Qonşu Natalya Xrapova deyib ki, uşaqlar nənə və ata ilə birgə yaşayır.

Polislər atanı sərt cəzalandırmayıblar. Məsuliyyətsiz davranışa görə 800 rubl cərimələyiblər.



Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu