Ağ Ev ABŞ prezidenti Barak Obamanın Konqresə müraciət etmək üçün Vaşinqtona səfərə gələcək İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyəcəyini bəyan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Mehan bu barədə açıqlama verib. O bildirib ki, başqa bir ölkədəki demokratik seçkilərə təsir etmək görüntüsündən qaçmaq üçün həmin dövlətin nazirləri ilə görüşmürlər.“Barak Obama İsraildə keçiriləcək seçkiləri nəzərə alaraq Vaşinqtona səfər edən Benyami Netanyahu ilə görüşməyəcək”-deyə Ağ Ev rəsmisi qeyd edib.
Qeyd edək ki, Təmsilçilər Məclisi sədri Con Bohnerin dəvəti ilə İsrailin baş naziri Benyamin Netanyahu Konqresə müraciət etmək üçün mart ayında ABŞa-a gedəcək.
Modern.az