NATO qüvələri komandanı Filip Bridlav Ukrayna ərazisində Rusiya hərbçilərinin sayı haqqında deyilənlərin düzgün olmadığını bildirib.
Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə NATO komandanı bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında danışıb. Filip Bridlav qeyd edib ki, NATO, Rusiya hərbçilərinin Ukraynadakı sayı haqqında Pyotr Poroşenkonun dediklərini təsdiq edə bilmir.
Qeyd edək ki, Davosda Ümumdünya İqtisadi Forumunda çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Donetskə 8000 hərbçi göndərdiyini bəyan edib.
Modern.az