Modern.az

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransında Azərbaycana DƏSTƏK

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransında Azərbaycana DƏSTƏK

Təhsil

23 Yanvar 2015, 01:35


İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının İstanbulda keçirilən 10-cu sessiyası yanvarın 22-də bəyannamənin qəbul olunması ilə başa çatıb. Modern.az xəbər verir ki, İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bənd də yer alıb.

Bəyannamədə beynəlxalq terrorizmlə mübarizə, münaqişə zonalarında sülhə nail olmaq, İslam əleyhinə təbliğat kampaniyalarının qarşısını almaq, bəşəri dəyərlərin qorunması istiqamətində digər məqamlara dair birgə səylər göstərmək məsələləri əksini tapır.

Qeyd edək ki, Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyəti İstanbulda keçirilən tədbirdə iştirak edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza