Modern.az

"Azərbaycanlı girov “məhkəmə hökmü”ndən şikayət etməyəcək" - Erməni vəkil

"Azərbaycanlı girov “məhkəmə hökmü”ndən şikayət etməyəcək" - Erməni vəkil

Təhsil

23 Yanvar 2015, 10:05

 


Doğmalarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən separatçı rejimin girov götürərək barəsində qanunsuz məhkəmə quran və 22 il azadlıqdan məhrum edilən Şahbaz Quliyev hökmdən şikayət etməyəcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu guya azərbaycanlı girovun “vəkili” Arkadi İsraelyan deyib. Onun sözlərinə görə, “məhkəmədə hökm” elan olunduqdan sonra Şahbaz Quliyevlə görüşüb: “O dedi ki, “hökmdən” şikayət verməyəcək. Ancaq şikayət verməsi üçün hələ bir həftə vaxtı var”.

Girovlara Xankəndidə qurulan qondarma məhkəmə nəticəsində Şahbaz Quliyev 22 azadlıqdan məhrum edilib. Onunla Kəlbəcərə gedən Dilqəm Əskərov barəsində isə qondarma məhkəmədə ömürlük azadlıqdan məhrumetmə qərarı çıxarılıb. 

Girovların “cəzalarını” Şuşa həbsxanasında “çəkəcəkləri” bildirilib.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza