Modern.az

Səudiyyə Ərəbistanının kralı vəfat edib

Səudiyyə Ərəbistanının kralı vəfat edib

Təhsil

23 Yanvar 2015, 10:19


Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Abdullah ibn Əbdüləziz xeyli vaxt idi xəstəxanada qaraciyər xəstəliyindən müalicə olunurdu. Onun 91 yaşı vardı.
Vəfat edən kralın yerinə vəliəhd şahzadə Salman ibn Əbdüləziz təyin olunub. yeni kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.

Qeyd edək ki, İordaniya Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza