Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün səhər Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobili toqquşub. Hadisə nəticəsində "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb. Nazirliyin xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq, aidiyyətı üzrə təhvil veriblər.
Modern.az