Modern.az

Erməni yalanlarını sübut edən yeni xəritə tapılıb

Erməni yalanlarını sübut edən yeni xəritə tapılıb

Təhsil

23 Yanvar 2015, 11:34

Mingəçevir şəhər sakini Qurban Vahidov 1926-cı ildə ruslar tərəfindən tərtib edilən Cənubi Qafqaza aid xəritəni Azərbaycana gətirib.

Modern.az Yexlaxın “El” regional televiziyasına  istinadən xəbər verir ki, o, hazırda Mingəçevirdə olan bu tarixi sənədi Rusiyanın Voronej şəhərində əldə edib.
Xəritədə indi Ermənistan adlandırılan dövlətin ərazisində İrəvan, Dilican, Dərələyəz və Zəngəzur qəzalarının mövcud olduğu göstərilib. Göyçə gölü ermənilərin adlandırdıqları kimi Sevan deyil, öz tarixi adı ilə qeyd olunub. Xankəndi də öz tarixi adı ilə  təqdim edilib. Xəritədə indiki Ermənistan respublikasının tarixi Azərbaycan torpaqlarında yaradıldığını sübut edən digər faktlar da əks olunub. “O zaman Mehri rayonu yox idi. Naxçıvanla  Azərbaycanın ərazisi bütöv bir sərhəd təşkil edirdi”, - deyə tarixçi Hilal Qarayev  bildirib.

Qurban Vahidovun gətirdiyi bir əsrə yaxın yaşı olan xəritədə artıq çürümə prosesi başlayıb. Bu tarixi sənədin müəyyən hissələri qopub. Xəritəni müvafiq qurumlara təhvil verməyə hazırlaşan Qurban Vahidov onun yenidən bərpa edilməsini də vacib sayır.

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza