Ermənistan İstintaq Komitəsi Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndiurilən rusiyalı hərbi qulluqçu Valeri Permyakovun ilk dindirilmə videosunu yayımlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dindirilmə videosunda erməni istintaqçılar Permyakovun əl izlərini götürürlər. Vəkilin və tərcüməçinin əhatəsində olan rusiyalı hərbi qulluqçu hadisəni törətməsi ilə bağlı da qısa etiraflar edir.
Vüqar İsmayılov