Modern.az

Xalq artisti Nuriyyə Əhmədova reanimasiyaya yerləşdirilib

Xalq artisti Nuriyyə Əhmədova reanimasiyaya yerləşdirilib

Təhsil

23 Yanvar 2015, 12:01


Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın səhhətində yenidən ciddi problem yaranıb.

Aktrisanın yaxınlarının Modern.az-a verdiyi məlumata görə, N.Əhəmədovanın vəziyyəti ötən gecə pisləşdiyindən onu xəstəxanaya aparmaq məcburiyyətində qalıblar.
N.Əhmədova Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona qan dövranının pozğunluğu diaqnozu qoyulub.

Qeyd edək ki, aktrisa böyük faciələr yaşayıb. Ötən ilin sentyabr ayında Nuriyyə Əhmədovanın oğlu, bir neçə il əvvəl isə qızı dünyasını dəyişib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza