Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: “Ötən gecə itki verən ermənilər geri çəkilməyə məcbur edilib”

Azərbaycan Müdafiə Nazirliyi: “Ötən gecə itki verən ermənilər geri çəkilməyə məcbur edilib”

Təhsil

23 Yanvar 2015, 12:22


“Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.
Bildirilib ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza