Modern.az

Bakı metrosunda növbəti problem: Qatarlar 10 dəqiqə gecikib

Bakı metrosunda növbəti problem: Qatarlar 10 dəqiqə gecikib

Təhsil

23 Yanvar 2015, 12:34


Metronun “Memar Əcəmi” stansiyasında sərnişin sxılığı yaranıb. Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, 15 dəqiqədir stansiyaya qatar gəlməyib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşeyev Modern.az-a açıqlamasında faktı təstiqləyib.

“Həzi Aslanov”dan hərəkət edən 11 saylı qatarın Nəriman Nərimanov stansiyasına girişi zamanı texniki nasazlıq yaranıb. Həmin qatar köməkçi qatar vasitəsilə stansiyaya daxil olub, sərnişinlər boşaldılıb və qatar depoya göndərilib”.

Metropoliten rəsmisi qeyd edib ki, nasaz qatarın yerinə ehtiyat qatar da buraxılıb: “Bu səbəbdən 10 dəqiqəlik gecikmə olub, gecikmə digər qatarlara da təsir edib. Hazırda problem aradan qaldırılmaq üzrədir. Yaxın vaxtlarda interval bərpa olunacaq”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza