Modern.az

Yağıntılı hava şəraiti davam edəcək

Yağıntılı hava şəraiti davam edəcək

Təhsil

23 Yanvar 2015, 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında       yanvarın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın gecə və səhər çiskinli, günün ikinci yarısından arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 772 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 24-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza