Müasir dövrdə hər bir şəxsin arzusudur ki, onun da smartfonu olsun. Bunu bir tərəfdən ətrafımızdakı toplum, digər tərəfdən də smart telefonlara olan maraqlarımız tələb edir.
Əvvəllər hazırda olduğu qədər mobil telefon növləri yox idi. Biz elə əlimizdə olanla kifayətlənirdik, əsas zəng gedib, zəng gəlirdi. Gəlin etiraf edək ki, bu gün yalnız zəng və sms bizim ehtiyaclarımızı ödəmir. Artıq bunun yerini digər proqramlar tutub ki, bəzən biz smart telefon olmadan o proqramlardan istifadə edə bilmirik. Sürətlə sosiallaşan cəmiyyətdə, əlbəttə ki, daha geniş imkanlara sahib telefonlara ehtiyac duyulur. Bu kimliyimdən asılı olmayaraq (uşaq, kəndli, şəhərli) hər kəsin arzusu ola bilər. Yenə qeyd edirik, hazırda hər gün inkişaf edən, qloballaşan cəmiyyətdə yaşayırıq. Buna uyğunlaşmaq lazımdır. Amma necə? Mənim imkanım çatmır axı smartfon telefona yüzlərlə manatı saymağa. Bunun çarəsini Bakcell tapdı.
Belə ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün İLK adlı brend smartfonunu təqdim etdi.
Müasir smartfonların bütün xüsusiyyətlərinə malik və münasib qiymətə olan İLK smartfonu mobil telefon istifadəçisindən smartfon istifadəçisinə çevrilən Bakcell abunəçiləri üçün unikal seçimi oldu.
Yeni telefon alarkən öncə məqsədinizi bilməlisiniz. Telefonu nə üçün istifadə edəcəksiniz? İnternet, oyun, foto, film izləmək, sosial media, kitab oxumaq, alo demək, özünü göstərmək, mesajlaşmaq və sair. Brend sayılan smartfonlarda yüzlərlə oyun, ticarət, əyləncə, qısaca ağlınıza gələn hər şey haqqında bir çox applikasiyalar var. Özünüzü aldatmayın. Çünki telefonunuzla keçirdiyiniz zamanda 80 faiz bu işləmlərin ikisini ya da üçünü etməyə imkanınız çatacaq. Ehtiyacınız olmayan şeylərə artıq pul verməyin. İstifadə edilməyəcək xüsusiyyətlərinə görə bir telefona tonlarla pul xərcləməyə, əlavə bank hesabı ödəməyə ehtiyac yoxdur.
Cəmi 79 AZN ödəməklə siz də smartfon telefon arzularınızı gerçəkləşdirə bilərsiniz.
Niyə bu telefonu seçməliyik? Maraqlı sualdır.
Başıma gələn bir hadisə ilə fikrimi əsaslandırım...
Bu gün insanların bir çoxu telefon alarkən qiymətə görə qərar verir. Əgər hər hansı telefonun qiyməti bahadırsa, demək ki, o daha yaxşıdır. Funksiyaları genişdir.
Mən 6 ay öncə telefon aldım. 220 AZN ödədim. Hazırda İLK telefonu ilə tanış olduqdan sonra qərar verdim ki, bu telefonu işlədəcəyəm. Çünki mənim telefonum tez-tez donurdu və şəkilləri də yaxşı çəkmirdi. İndi İLK ilə mən bütün işlərimi görə bilirəm. Sürətli internet, operativ fəaliyyət və həmçinin telefonun çox yüngül, rahat olmağı işimi daha da asanlaşdırdı.
Mən hələ də bundan öncə aldığım telefonun kreditini ödəyirəm və özümü günahlandırıram. Siz də mənim kimi səhv etməyin. Əgər İLK-lə əvvəlcədən tanış olsaydım, bu telefonu tərcih edərdim.
Həmçinin İLK telefonu mənə kömək etdi ki, bacımın smartfon arzusunu gerçəkləşdirdim. Bunun üçü sadəcə 79 AZN ödəməyiniz kifayətdir. Mənim kimi 220 AZN yox...
Qeyd edim ki, 79 AZN qiymətində olan bu smartfon xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərinə mükəmməl smartfon təcrübəsini təmin edir.
İLK smartfonu Android əməliyyat sistemində işləyir, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən aşağıdakı texniki xüsusiyyətlərə malikdir. Belə ki, geniş 4 düymlü sensorlu ekran, 1.2 GHz Quad Core prosessor, RAM 512 + ROM 4GB, Android 4.3 əməliyyat sistemi, 5MP kamera + parlaq işıq, ön kamera, uzun ömürlü batareya...
İLK sizi lazımsız pul xərcləməkdən, beyninizi qarışdıracaq suallardan uzaqlaşdırır. Belə desək, sizi çarəsizlikdən xilas edir. Həmçinin cəmiyyətlə ayaq uydurmağa yardımçı olur. Çünki ucuz və sərfəli qiymətə sizin də smartfonunuz olur. Bu telefon funksiyalarına görə bahalı smartfonlardan fərqlənmir. Qiymətinə görə fərqlidir, bu da sizin, bizim üçün sərfəlidir. İndi fikrimizi əsaslandıraq.
Mən də İLK istifadəçiyəm və bu seçimimdə yanlış etdiyimi düşünmürəm. Çünki 10 saatlıq ağır iş gününün sonunda 80 faizlik enerji ilə evə dönürəm. İLK-dən necə istifadə etməyi hər gün kəşf etmirsən. Onun gözəlliyi sadəliyindədir. İLK-in kamerası da çox uğurludur. Digər smartfon istifadəçisi olan dostlarım İLK-lə çəkdiyim fotoları çox bəyənirlər. Cihaz bir telefon və mini kompüter olaraq çox işimi görür. Hər şey qüsursuzdur, ən əsası işimin ən vacib vaxtında telefon, ekran donmur. Məncə, bu qədər üstün keyfiyyətlərə sahib olub üstəlik, əlavə xərc ödəmədən ağıllı telefona sahib olmaq hər kəsin xəyalıdır.
Ağıllı telefon hər yana daşıya biləcəyiniz şəxsi kompüter kimidir. İstədiyin vaxt rahat şəkildə onu istifadə edə bilmək üçündür. Bu baxımdan İLK mənim üçün çox əlverişlidir.
Özünüzün və yaxınlarınızın arzularını reallaşdırmaq sizin seçiminizdən, İLK-dən asılıdır. Qiymətə baxıb qərar verməyin. Zamanla aldığınız smartfonların qiyməti tədricən aşağı düşür, onu yenisi ilə əvəzləmək istəyi yaranır. Bu vaxt qiymətin vaxtı ilə ona saydığın puldan qat-qat aşağı düşməsi insanı yandırır. İLK bu cür brend smartfonları artıq geridə qoyur. Gəlin arzuları gerçəkləşdirək!