Modern.az

İntiqam Əliyevin məhkəməsində vəsatətlər təmin olunmayıb

İntiqam Əliyevin məhkəməsində vəsatətlər təmin olunmayıb

23 Yanvar 2015, 15:04

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi keçirilib. Modern.az saytına açıqlamasında vəkil Elçin Sadıqov bildirib ki, hakim Fikrət Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev də iştirak edib:

“İntiqam Əliyev barəsində irəli sürülən ittihamlar əsassız və qanunsuzdur.
Vəsatət qaldırdıq ki, cinayət işi üzrə icraata xitam verilsin. Müşavirədən sonra məhkəmə vəsatətimizi təmin etmədi. Müəyyən sübutların tələb olunması və qanunsuz yolla əldə edilmiş sübutların işdən xaric edilməsi ilə bağlı vəsatət qaldırdıq. Bu vəsatətimiz də təmin olunmadı. Növbəti proses fevralın 3-də davam edəcək”.

İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

Yeganə Oqtayqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu