Modern.az

Deputata siyasi fahişə dedilər

Deputata siyasi fahişə dedilər

23 Yanvar 2015, 20:43


Xarkov şəhər sovetinin yanvarın 23-də keçirilən sessiyasında Ukrayna Ali Radasının deputatı İnna Boqoslovskaya söz alaraq, mer Gennadi Kernesi şəhərdəki situasiya və bu günlərdə baş verən hadisəyə görə ittiham etməyə cəhd göstərib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, şəhər rəhbərinin müdafiəsinə qalxan deputatlardan biri Xarkovu Ali Radanın və Kiyev şəhər hakimiyyətinin soyduğunu bəyan edib. Onun iddiasına görə, Xarkovun vəsaitlərinin böyük hissəsini paytaxt ələ keçirir.

Mübahisə qızışanda şəhərin rəhbəri emosiyalarını cilovlaya bilməyib. Kernes Ali Radanın deputatını fahişə adlandıraraq, İnna Boqoslovskayanın zaldan çıxmasını tələb edib: “Siz çoxdan Kiyevdə yaşayırsınız. Burada sizi heç kim sevmir, siz çoxdan siyasi fahişəsiniz, kəpənək Boqoslovskaya, tırtıl. Bizə həyatı öyrətməyin. Durun, buranı tərk edin!”.

Şəhər rəhbərinin faktiki hər sözünü zaldakılar sürəkli alqışlarla qarşılayıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu