“Bu gün saat 17 radələrindən etibarən “Qafqazinfo.az” saytına güclü haker hücumu baş verib”.Modern.az-ın məlumatına görə, bunu “Qafqazinfo”nun baş redaktoru Elbrus Ərud bildirib:
”Əvəllər heç beləsi olmayıb. Saniyədə 300 qbt sürətlə haker hücumu edilir. İP avtomatik bloka düşüb. Bu gün bir çox qruplarin xoşuna gəlməyəcək xəbərlər vermişik. Hətta bu xəbərlərin çıxarılması üçün çox xahiş etdilər”.
“Qafqazinfo” rəhbərliyi bildirib ki, sayta təşkil olunana siddətli haker (ddos) hücumları nəticəsində yaranan texniki problemlər aradan qaldırılır. Qısa müddət ərzində sayt öz fəaliyyətini bərpa edəcək.
Modern.az