Modern.az

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərilə görüşəcək

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərilə görüşəcək

23 Yanvar 2015, 22:58


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.

Modern.az XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında nazir Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə 27 yanvar 2015-ci il tarixində Krakov şəhərində görüşməsi barəsində razılıq əldə olunub.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu