Modern.az

Xarici İşlər Nazirliyi amerikalı həmsədrə cavab verdi

Xarici İşlər Nazirliyi amerikalı həmsədrə cavab verdi

24 Yanvar 2015, 00:03

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin müraciətinə cavab verib. Modern.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı açıqlamasında deyilir:

“ABŞ-dan olan həmsədr Ceyms Uorlikin münaqişə tərəflərinə müraciətinə cavab olaraq, biz də ATƏT-in Minsk qrupunun həmsədrlərinə xitab edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib. "Prezidentlərə müraciət edirəm ki, qoşunların təmas xəttində qarşıdurmanı dayandıraraq, danışıqlarda əldə olunmuş öhdəlikləri yerinə yetirmək üçün zəruri tədbirlər görsünlər”-deyə o, bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu