“Azər Mühafizə” İdarəsinin Qazax şöbəsinin işçiləri Modern.az saytına müraciət ünvanlayıb. Bildirilib ki, 2014-cü ilin aprelindən faliyyətə başalayan mühafizə xidmətiinin rayon şöbəsində 10 ay ərzində işçilərə cəmi 3 dəfə maaş verilib.
Şikayətçilər deyirlər ki, işə götürülmə qaydasi beləymiş ki, 1000 manat depozit qoyduqda 480 manat, 2000 manat qoyduqda 980 manat maaş vəd edilib. Hər işə girəndən 500 manatdan başlayaraq 1500 manata kimi “şirinlik" alıblar.
İşçilərin ilk maaşı 45 gündən, ikinci maaşı 35 gündən hesablanib. Hələ üstəlik də işçilərdən əlavə olaraq 110 manatdan əlavə rüşvət də alınıb.
Mühafizə Xidməti rayonda sahibkarların obyektlərini mühafizə edirmiş. İşçilər deyirlər ki, havaların soyumasına baxmayaraq onlar üçün qorunmağa yerlər yaradılmadığından məcbur olub kimi öz maşınında, kimi də soyuqda - çöldə küçələrin zibilini yandırmaqla sabaha kimi 14 saat xidmət aparıblar. İşçilərə oktyabr ayından maaşların verilməsi dayandığından “Azər Mühafizə” MMC -nin rəisi Elxan İsmayılov onları “bu gün-sabah olacaq” deyərək yola verib.
Yalnız dekabrın sonunda bayrama görə hərəyə 30 manat pul verilib, vəd olunub ki, yanvarda borclar ödənəcək. Ancaq bu da baş verməyib.
Baş Prokurorluq “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barədə məlumat yayıb. Həmin məlumata görə, Vüqar Hüseynov bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı adamları işə düzəltmək adı ilə aldadıb. Həmin adamlardan cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Onlara ötən ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən ödəyib. Sonradan isə “yoxa çıxıb”.
Buna görə də Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.
Qazaxda 190 nəfər işçi var. İdarənin respublikanın 48 rayonunda şöbəsi var, bütün rayonlarda da vəziyyət eynidir. “Azər Mühafizə” Xidmətinin fırıldağı ilə üzləşən yüzlərlə Qazax sakini də aksiya keçirib. Aksiyadan videoreportajı təqdim edirik:
Modern.az