Dünyanın sonunu əks etdirən Qiyamət Saatı, nüvə təhdid və iqlim dəyişikliyi ilə əlaqədar iki dəqiqə irəli alınaraq 11:57-yə gətirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saat 12:00-a çatanda hər şey bitəcək. Aralarında Nobel mükafatlı elm insanlarının da yerləşdiyi Atom Alimləri Bülleteni (AAB) dünyanın sonunu əks etdirən “Qiyamət Günü Saatını” iki dəqiqə irəliyə çəkib. “Əqrəb 12:00-ı göstərəndə hər şey üçün çox gec olacaq”, - deyən elm adamlarının saatına görə dünyanın sonuna üç dəqiqə qalıb. Riskin ən böyük səbəbləri atom silahlarının istifadə ediləsi ilə müharibə riskinin artması və qlobal iqlim dəyişikliyidir. AAB direktoru Kennette Benedikt iqlim dəyişikliyinin dəniz səviyyələrinin yüksəlməsinə və quraqlığa səbəb olacağını söyləyib. ABŞ-da fəaliyyət göstərən qurum, qiyamət saatını 11:57-yə gətirmə qərarını, Nobel mükafatlı 18 elm adamının da olduğu Zaminlər Qurumuna məsləhətləşərək verib. Qiyamət Saatı, ABŞ-la Sovet İttifaqının arasındakı gərginliyin səngidiyi 1960-cı illərin əvvəlində geriyə alınaraq 11:48-ə çəkilmişdi.
Modern.az