Milli Şuranın növbəti sessiyasını keçirilib. Modern.az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, sessiyada ictimai-siyasi vəziyyət, qurumun 2015-ci il üçün fəaliyyət planı, təşkilati məsələlər müzakirə edilib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu gün milli, siyasi, sosial haqlar, demokratiya uğrunda mübarizənin əsas konturları bu qurumun müarizəsindən keçir. “Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, - deyə Cəmil Həsənli qeyd edib.
AXCP sədri Əli Kərimli Milli Şuranın hədəflərindən danışıb.
Qurumun Kordunasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə öz çıxışında qarşıdan gələn parlament seçkilərinə diqqət çəkib."Biz ciddi təşkilatıq və Azərbaycanda alternativ fikrin ən geniş, ən mötəbər platformu kimi qəbul olunuruq. Buna görə də Milli Şura olaraq seçkini əsas hədəfimiz hesab edirik. Bizim üçün seçki demokratik islahatlara, ciddi demokratik dəyişikliklərə qapı açmaq üçün bir fürsətdir, ciddi şansdır”.
Sessiyanın sonunda təşkilati məsələlərə baxılıb. Qurumun sədri və Koordinasiya Mərkəzinin üzvləri seçilib. Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib. Koordinasiya Mərkəzinə isə bu 21 nəfər seçilib:
1. Milli Şuranın sədri, professor Cəmil Həsənli
2. Kinodramaturq, Oskar mükafatçısı Rüstəm İbrahimbəyov
3. AXCP sədri Əli Kərimli
4. Hüquq müdafiəçisi, vicdan məhbusu Leyla Yunus
5. Ədliyyə generalı Vidadi Mirkamal
6. Sabiq millət vəkili Gültəkin Hacıbəyli
7. Kinossenarist, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev
8. AXCP sədrinin müavini Gözəl Bayramlı
9. Vəkil Fuad Ağayev
10. Yazıçı-publisist Mehriban Vəzir
11. Türkoloq, professor Kamil Vəli Nərimanoğlu
12. Hüquqşünas, keçmiş vicdan məhbusu Qurban Məmmədov
13. Hüquqşünas Namizəd Səfərov
14. İstiqlalçı deputat, keçmiş vicdan məhbusu İbrahim İbrahimli
15. Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri hacı Rövşən Əhmədli
16. Siyasi xadim Nurəddin Mustafayev
17. “Turan” agentliyinin direktoru Mehman Əliyev
18. VHP Ali Məclisinin sədri Rafiq Manaflı
19. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev
20. Jurnalist Şahvələd Çobanoğlu
21. Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülalıyev
Modern.az