Modern.az

Bu gün “Kainat gözəli” seçiləcək

Bu gün “Kainat gözəli” seçiləcək

25 Yanvar 2015, 12:22


Bu gün ABŞ-ın Florida ştatındakı Doral şəhərində “Kainat gözəli-2014” müsabiqəsinin finalı keçiriləcək.
Müsabiqənin final mərhələsində 88 ölkənin təmsilçisi iştirak edəcək. Əsas şoudan bir neçə gün əvvəl müsabiqənin yarımfinalı keçirilib və aralıq hakimlər briqadası 15 finalçını seçib. Lakin onların kimlər olduğu bilinmir. Favoritlərin adları final şousunun başlanğıcında açıqlanacaq. Bundan sonra əsas münsiflər heyəti seçimi davam etdirəcək.

Qalib qiymətli tacla mükafatlandırılacaq və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanacaq. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.

Modern.az xatırladır ki, Kainat gözəli-2013” Venesuelalı qız seçilmişdi. Qabriela İsler Moskvada keçirilən yarışının qalibi olmuşdu.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu