Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsinə və Ukraynadakı humanitar situasiya müzakirə olunacaq. Sessiyanın gündəliyinə söz azadlığı, xristianların problemləri və digər məsələlər də daxil edilib. Yanvarın 30-na qədər edəcək sessiyanın gündəliyində Azərbaycanla bağlı məsələ daxil edilməyib.
Modern.az