Modern.az

İslamı qəbul edən rus aktyor Suriyada öldü

İslamı qəbul edən rus aktyor Suriyada öldü

26 Yanvar 2015, 10:33


Rusiya kinosunun ümid vəd edən aktyorlarından olan Vadim Dorefeyev Suriyada gedən döyüşlərdə həlak olub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İslamı qəbul edən aktyor bir neçə ay əvvəl həyat yoldaşını və azyaşlı uşaqlarını ataraq Suriya-İraq sərhəsinə yollanıb. “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının  sıralarına daxil olan aktyorun Suriya qoşunları ilə döyüşlərdə həlak olduğu ehtimal edilir.

Vadim Dorofeyev daha çox Sergey Bodrovun filmlərindən və Rusiya televiziyasında yayımlanan bir neçə teleserialın qəhrəmanı kimi tamaşaçıların yaddaşından qalıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu