www.roadmap.az saytı vasitəsilə hər biriniz vətəndaşların istismarında olan yollarda narahatlığı səbəb olacaq halların aradan qaldırılmasına töhfə verə bilərsiniz
www.roadmap.az saytı “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ynında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Avtomobil yollarının inkişafına vətəndaş töhvəsi” layihəsi çərçivəsində yaradılıb.
Layihənin məqsədlərindən irəli gələrək vətəndaşların istismarında olan yollarda narahatlığı səbəb olacaq hallar (fiziki aşınmalar, çixurların yaranması, yol hərəkəti işarələrinin görünməz hallarının gəlməsi, yollarda hərəkətə mane olan süni maneələrin qoyulması, tıxaclar və s) haqqında sərinişin və sürücülərin, piyadaların rastlaşdığı problemli halların görüntülərini, dəqiq yerlərini vaxtında məlumat vermələri, digərlərinin bu haqda məlumat almalarını, həmçinin bu məlumatların ictimailəşməsini təmin etmək məqsədilə saytda xüsusi proqram təminatı işlənilib.
www.roadmap.az sayıtna daxil olmaqla bir neçə sadə proseduru yerinə yetirməklə müvafiq məlumatı sayta yerləşdirə və ictimailəşdirə bilər.
Bunun üçün aşağıdakı prosedurlar yerinə yetirilməlidir:
Bu məlumat daxil edildikdən sonra daxil edilmiş ünvana uyğun olaraq xəritədə bayraqla işarəlnmiş məntəqədə məlumat əks olunur. Sayt ən kiçik yolları belə görməyə və bunlarla bağlı məlumatları ictimailəşdirməyə imkan yaradır.
Sayta həmçinin, “Qanunvericilik” bölməsində yol-nəqliyyat hərəkətini, yolların istismarı ilə bağlı faəliyyətləri tənzimləyən qanunvericilik yerləşdirilib. “Son xəbərlər” bölməsində isə yol-nəqliyyat hadisələri, yolardakı yenidən qurma və yaxud təmir və digər hadisələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulub.
Regionların inkşafına dair dövlət proqramında, “Gələcəyə baxış – 2020” Konsepsiyasında və bir neçə dövlət proqramlarında avtomobil yollarının inkişafı üçün mühüm işlər nəzərdə tutulub. Lakin istənilən inkişafda və daim istismarda olan infrastruktur kimi avtomobil yollarında da fiziki aşınmalar və digər problemlər yaranır. Belə hallarda vətəndaşlar özləri də bu problemlərin həllinə töhvə verə və məlumatların vaxtında aidiyyatı orqanlara ötürülməsi ilə sürətləndirə bilərlər. www.roadmap.az saytı bunun üçün çox yaxşı imkanlar yardır və yeni informasiya texnologiyalrından istifadə etməklə ictimai iştirakçılığın artırılmasına əlavə töhfə verə bilər.