Rusiyanın “TNT” telekanalında yayımlanan “Stand Up” yumoristik şousunda çıxış edən Azərbaycan əsilli beloruslu yumorist İdrak Mirzəlizadə İslam dini barədə etdiyi zarafatlarla qalmaqal yaradıb. Modern.az saytı Rusiya mətbuyatına istinadən xəbər verir ki, 2014-cü il mayın “Stand Up” verilişində İdrak Mirzəlizadənin öz talış mənşəyi və İslam dini barədə etdiyi zarafatlar “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumdan sonra aktuallaşıb. Onun çıxışı Rusiya müsəlmanlarının ciddi etirazına səbəb olub.
Modern.az