Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

26 Yanvar 2015, 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Yanvarın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu