Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Aygün İsmayılova çıxışını dayandırıb.
Axşam.az xəbər verir ki, sənətçi yarışmadan tamaşaçıların səsverməsi nəticəsində ayrıldığını bildirib:
“Xoşbəxtəm. Çünki məni müsabiqədən münsiflər yox, əllərinə düyməcik verilən məktəb uşaqları çıxardı. Dünyanın halına bax”.
Qeyd edək ki, A.İsmayılova "O səs Türkiyə"də dördüncü tura qədər irəliləyə bilmişdi. O, münsiflər Mazhar Alanson və Özkanın komandasında yarışırdı.
Aygün İsmayılova Türkiyə vətəndaşı Haluk Mıyakla evlidir və qardaş ölkədə yaşayır.
Modern.az