İosif Stalinin nəvəsi Yevgeni Djuqaşvili Ukraynadakı müharibəyə və Krımın işğalına görə Rusiya prezidenti Vladimir Putini tənqid edib. Modern.az bildirir ki, Britaniyanın “Daily Mail” nəşrinə müsahibə verən Stalinin nəvəsi Rusiya prezidentini “ağılsız”, Kremlin siyasi elitasını isə “oğrular” adlandırıb. Onun sözlərinə görə, Putin öz imicinə siyasətdən çox diqqət yetirir. “O nə edir? O, qarşısına hansı məqsədi qoyub? Bizim ağıllı rəhbərlərimiz yoxdur, yalnız oğrulardır”.
Djuqaşvili Rusiya hərbçilərinin Krrımı işğalını da qınayıb. Onun fikrincə, əgər Rusiyaya yarımada çox vacib idisə, onda məsələni güc yolu ilə yox, hüquqi vasitələrlə həll etmək olardı.
Modern.az