Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Türkmənistana yola düşüb.
Modern.az-ın məlumatına görə, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.