Modern.az

Elmar Məmmədyarovun Aşqabad görüşləri - YENİLƏNİB

Elmar Məmmədyarovun Aşqabad görüşləri - YENİLƏNİB

Təhsil

29 Yanvar 2015, 13:04

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Modern.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırdı.

Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edbi.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə  arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

***

Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakıikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar. 

Tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza