Modern.az

“Məsələni şişirtməyin, Qubad İbadoğlunun Müsavatdan çıxarılması müzakirə olunmur” - Gülağa Aslanlı

“Məsələni şişirtməyin, Qubad İbadoğlunun Müsavatdan çıxarılması müzakirə olunmur” - Gülağa Aslanlı

29 Yanvar 2015, 12:27

Yanvarın 27-də Müsavat Partiyasının başqanı Arif Hacılı facebbok sosial şəbəkəsində başqanlığa iddialı namizədlərdən biri Qubad İbadoğlu barədə status paylaşıb.

“Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanyanın lideri olmayıb. Ətrafındakı qrupla Müsavat əleyhinə kampaniyanın lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Bu bəyanatdan sonra Qubad İbadoğlunun Müsavat Partiyasından kənarlaşdırılması məsələsi gündəmə gəldi. Modern.az saytı fevralın 2-də Müsavatın Divanında Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılması məsələsinə baxılıb-baxılmayacağı ilə maraqlanıb.

Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında partiyada belə bir qərarın olmadığını bildirib: “Partiya öz üzvünü Divan toplantısına onunla müəyyən məsələləri müzakirə etmək üçün dəvət edib. Müsavat Partiyasında Qubad İbadoğlunun partiyadan xaric olunması haqqında dəqiq qərar yoxdur. Kimsə belə bir qərarı qabaqcadan verirsə, bu suallar ona yönəlməlidir”.

“Qubad İbadoğlu Divan toplantısına gəlmədiyi təqdirdə partiyanın qərarı necə olacaq” sualına cavabında  Gülağa Aslanlı deyib ki, hər şey nizamnamə çərçivəsində həll olunur: “Nizamnamə nəyi tələb edirsə, o da həyata keçiriləcək. Məsələnin bu dərəcədə şişirdilməsinə ehtiyac yoxdur”.

Yeganə Oqtayqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza