Modern.az

Deputat Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara müraciət göndərməyi təklif etdi

Deputat Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara müraciət göndərməyi təklif etdi

29 Yanvar 2015, 13:22


“Vəziyyət o həddə çatıb ki, insanlar ermənilərin hücumlarından qorunmaq üçün böyük və hündür hasar çəkiblər. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara ayrıca müraciət ünvanlanmalıdır. Çünki bu kənd 1988-ci ildən bu yana erməni işğalçılarının hücumlarına məruz qalır, bu kənd insan hüquqlarının tapdalanmasına ən bariz nümunədir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Gülçöhrə Məmmədova deyib.

O, bildirib ki, bu kənd cəbhəyanı xətdə yerləşdiyi üçün hər gün ermənilər tərəfindən hücum təhlükəsi ilə qarşılaşır: “Bildiyiniz kimi, mən parlamentdə Goranboy, Ağdam və Tərtər rayonlarını təmsil edirəm. Bunların hər biri cəbhəyanı rayonlardır. Amma bu rayonların kəndləri içərisində ermənilərdən ən çox əziyyət çəkən, ən çox hücuma məruz qalan kənd Tapqaraqoyunludur”.

O, kənd əhalisinin ermənilər qarşısında qəhrəmanlıqla dayandığını da vurğulayıb. Onun sözlərinə görə, illərdən bəridir bir insan belə, adıçəkilən kəndi tərk etməyib. Deputat bununla belə bildirib ki, Tapqaraqoyunlu insan hüquqlarının pozulmasına ən bariz nümunədir:

“Bu baxımdan, təklif edirəm ki, yaz sessiyasında Milli Məclis ayrıca olaraq bu kəndlə, onun üzləşdiyi ağrı-acılar, faciələr, bəlalarla bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlasın. Bu, çox vacib və əhəmiyyətli bir addım olardı”.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza