Modern.az

Prezident və birinci xanım “Şahdağ” turizm kompleksinə getdilər

Prezident və birinci xanım “Şahdağ” turizm kompleksinə getdilər

29 Yanvar 2015, 17:16



Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.

Dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən “Şahdağ”  turizm kompleksinin ərazisi 2058 hektardır. “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur.

Prezident İlham Əliyev “Park Chalet Shahdag” otelinin rəmzi açılışını bildirən lenti kəsib.

“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.

“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirib ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci otelidir. İlk otel olan “Pik Palace Şahdağ”ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. “Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Park Chalet”in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.

Dövlət  başçısı və xanımı otel nömrələri ilə tanış olublar. Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər.

Bildirilib ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Bundan başqa, sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də inşa olunub.

Dövlət  başçısı 1 nömrəli kanat yolunu işə salıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçiriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?