Ermənistan “N” saylı hərbi hissənin qulluqçusu Aykaz Barseqyanın ölümünə görə saxlanılanlar var. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu faktla bağlı Vazgen Sərkisyan adına hərbi institutun 4 kursantı tutulub.
Aykaz Barseqyanın ölümünə görə saxlanılan kursantlar bunlardır: Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan.
Yanvarın 29-da saat 06-35-də hərbi hissənin idman meydançasındakı turnikdə Aykaz Barseqyanın asılmış meyiti aşkar olunub.
Modern.az