Modern.az

Acariyanın keçmiş hökumət başçısı Ukrayna prezidentinin müşaviri oldu

Acariyanın keçmiş hökumət başçısı Ukrayna prezidentinin müşaviri oldu

30 Yanvar 2015, 20:21


Acariya Muxtar Respublikasının keçmiş hökumət rəhbəri Levan Varşalomidze - Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilinin tərəfdarı - Ukrayna prezidenti Pyotr Poroşenkonun iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. Modern.az-ın verdiyi xəbərə görə, Varşalomidze “Rustavi-2” telekanalına müsahibəsində bəyan edib ki, ukraynalı həmkarları ilə 2014-cü ilin aprel ayından bu ölkənin iqtisadi və hüquq sahəsində islahatların aparımasında iştirak edib:

“Görüləcək işlər çoxdur. Hamı bilir ki, bu gün Ukraynada necə ağır vəziyyətdir. Əgər söhbət aqressiyadan gedirsə, ölkə üçün vacib olan iqtisad islahatları fəal şəkildə həyata keçirmək lazımdır. Bü gün, yəqin ki, bütün gürcü vətənpərvərləri ukraynalıdır”.

Saakaşvilinin partiyasndan olan Gürcüstanın keçmiş hakimiyyətinin bir neçə üzvü Ukrayna hökumətində vəzifəyə təyin olunub. Məsələn, Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin müavini Vano Merabişvili – Eka Zquladze Ukrayna xarici işlər nazirinin birinci müavini təyin olunub, Gürcüstanın keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili Ukrayna səhiyyə nazirliyinə rəhbərlik edir. Bundan əlavə, Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili Ukrayna hökumətinə məsləhətlər verir.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir