Modern.az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda təlim keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda təlim keçirəcək

30 Yanvar 2015, 20:24



2015-ci ilin payızında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı qüvvələrinin Ermənistanda iri təlimləri keçiriləcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda KTMT-nin baş katibi Nikolay Bordyuja jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, təlimlərin sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılır. O, qeyd edib ki, təşkilatın çevik reaksiya qüvvələrinin də iri təlimləri nəzərdə tutulur.

KTMT-yə 5 ölkə - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir