31 yanvar tarixi Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Böyük öndər 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Bu günlə əlaqədar olaraq Məhəmməd Əmin Rəsulzadənin tədqiqatçılarından olan tarixçi alim Ədalət Tahirzadə AXC qurucusunun nadir fotosunu yayımlayıb.
Modern.az saytı həmin fotonu müəllifin şərhi ilə bərabər təqdim edir:
“Bu gün Azərbaycanın bütün tarixi boyunca yetişmiş ən böyük şəxsiyyətlərindən və siyasi xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadənin ad günüdür. "Azərbaycan" adlı dövlətin qurucularından olan ulu öndərin doğum günü əslində hər bir soydaşımızın bayramıdır. Bu gün münasibətilə onun 8 fevral 1914-cü ildə çəkilmiş nadir fotosunu ərməğan edirəm”.
Elmin NURİ