Modern.az

Moskvada ictimai nəqliyyatın gedişhaqqı bahalaşdı

Moskvada ictimai nəqliyyatın gedişhaqqı bahalaşdı

1 Fevral 2015, 13:03

Fevralın 1-dən Rusiya paytaxtı Moskvanın ictimai nəqliyyatında gedişhaqqı orta hesabla 7 faiz artırılıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, bu gündən etibarən Moskvada nəqliyyatının bütün növlərində bir gediş üçün qiymət 40 rubldan 50 rubladək, iki gediş üçün isə 80 rubldan 100 rubladək artıb.

Sonuncu dəfə Moskvada ictimai nəqliyyatda gediş haqqı 2014-cü il iyunun 1-də artırılmışdı.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir