Modern.az

İki əsas prospektdə nəqliyyatın hərəkəti bərpa edildi

İki əsas prospektdə nəqliyyatın hərəkəti bərpa edildi

2 Fevral 2015, 09:51


Bakının iki əsas prospektinə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. 

Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində (Ayna Sultanova parkı) şəhər istiqamətinə gedən əsas yolda aparılan təmir işləri yekunlaşıb və nəticədə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu haqda Modern.az-a  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bundan əlavə, Səməd Vurğun küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində də aparılan təmir işləri yekunlaşıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.   

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir