Alman Azərbaycan Mədəniyyət Evi və Modern.az İnternet portalı gənc və istedadlı azərbaycanlı yazarların əsərlərinin avropalı oxuculara çatdırılması, onların yeni oxucu kütlələrinə çıxması, ümumiyyətlə, gənc yazarlarımızın stimullaşdırılması, onlara bu istiqamətdə dəstək vermək məqsədilə yeni layihəyə başlayıb.
Qeyd edək ki, müsabiqəyə əsər qəbulu bu gün başa çatıb. 20 yazardan 20 hekayənin seçilərək kitabda çap olunacağı layihə ilə bağlı müsabiqəyə 60-a yaxın gənc yazar qatılıb.Müsabiqənin şərtlərinə görə, yaşı 35-dən yuxarı olmamaqla hər bir nasir yalnız bir hekayə yollaya bilər. Həmin hekayələr arasından seçilən 20 əsər alman dilinə tərcümə olunaraq kitab halında çap ediləcək.
Elmin NURİ