Modern.az

Oqtay Əsədov: “İşimiz gərgin olacaq”

Oqtay Əsədov: “İşimiz gərgin olacaq”

2 Fevral 2015, 12:15

Bu gün Milli Məclisinin yaz sessiyası başlayıb. Parlamentin 2015-ci ildəki ilk iclasına Azərbaycan dövlətinin himninin səslənməsi ilə start verilib.

Modern.az saytı xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Spiker deyib ki, Milli Məclis Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu olması üçün öz öhdəliyinə düşən qanunvercilik prosesini layiqincə yerinə yetirir.

“Bilirsiniz ki, bu çağırış parlamentin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz gərgin olacaq. Bu sessiyada hökumətin hesabatı dinləniləcək, büdcənin icrası haqqında qanun layihəsinə baxılacaq, Ombudsmanın hesabatı dinləniləcək və digər qanunlara baxılacaq”.

Daha sonra Milli Məclisdə gündəliyin müzakirəsinə başlanılın. Xatırladaq ki, bu günkü iclasın gündəliyinə 11 məsələ daxil edilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir