Modern.az

“Tarif Şurasının statusuna yenidən baxılmalıdır”

“Tarif Şurasının statusuna yenidən baxılmalıdır”

2 Fevral 2015, 12:27



"Tarif  Şurasının statusu qanunla müəyyənləşməlidir". Modern.az xəbər verir ki, bu təklifi deputat Zahid Oruc Milli Məclisin bugünkü iclasındakı çıxışında səsləndirib. Onun sözlərinə görə, bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır.

Zahid Oruc yanvarın 12-də Tarif Şurasının benzin və dizel yanacağının qiymətini qanunsuz olaraq qaldırması məsələsini xatırladaraq, bu hadisədən sonra bir sıra sualların açıq qaldığını bildirib:

“Digər sahədə qiymətlərdə nisbi dəyişikliklər baş verdi. O addım əsassız olaraq nityə atılmalıdı idi ki? Haqlı olaraq belə suallar qaldırılır. Şuranın statusu nədir, onlar iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi prinsipinə nə dərəcədə əməl edirlər? Sübut olundu ki, Tarif  Şurası  Ai 92 və Aİ 95 qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edib”.

Zahid Oruc hesab edir ki, bu hadisədən sonra qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin siyahısına yendən baxılmasına ehtiyac var. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir