Modern.az

“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”

“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”

Təhsil

2 Fevral 2015, 12:34


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsinin icrasına başlayıb.

Layihədə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Gültəkin Əsgərova kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək.
Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Gültəkin Əsgərova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!