Modern.az

Azay Quliyev: "Minsk qrupunun tərkibi dəyişməlidir"

Azay Quliyev: "Minsk qrupunun tərkibi dəyişməlidir"

2 Fevral 2015, 12:39

“20 ildir ki, ATƏT-in Minsk qrupuun tərkibi dəyişmir. Halbuki, bu tərkibdə qrup heç bir məsələnin həllinə nail ola bilməz”. Modern.az-ın məlumatına görə, bu fikirlər millət vəkili Azay Quliyevə məxsusdur.

Parlamentin bugünkü iclasında çıxışı zamanı A.Qulyev qeyd edib ki, Azərbaycan tərəfi rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi məsələsini qaldırmalıdır:

“Artıq bunun  vaxtı çatıb. Almaniyanın bu qrupa gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm”.

Azay Quliyev həmçinin Serj Sərkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını qeyd edərək bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırd:

“100 min imza lazımdır və ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik”.


Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir