Ermənistanın Vazgen Sərkisyan adına hərbi institutun rəhbəri, general-mayor Martin Karapetyan öz ərizəsi əsasında postundan istefa verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin müdafiə nqaziri Seyran Ohanyan generalın istefasını qəbul edib. Bundan başqa, nazir institutun bütün rəhbər şəxslərinin vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.
İstefalar yanvarın 29-da institutun kursantı Aykaz Barseqyanın intihar etməsi ilə əlaqəlidir. İnsidentlə bağlı Barseqyanın 4 kursant həmkarı həbs olunub.
Modern.az