Modern.az

Rauf Mirqədirovun vəkilləri Avropa Məhkəməsinə daha bir şikayət göndərdi

Rauf Mirqədirovun vəkilləri Avropa Məhkəməsinə daha bir şikayət göndərdi

2 Fevral 2015, 13:03

“Rauf Mirqədirovla sonuncu dəfə ötən həftənin 5-ci gün görüşmüşəm. Bu gün digər vəkil Fuad Ağayev də onunla görüşəcək. Səhhətində hər hansı problem, şikayət və ciddi narazılıq yoxdur”.

Bu barədə Modern.az-a həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.

O qeyd edib ki, prosesin gedişində hər hansı dəyişiklik yoxdur: “Sadəcə, Avropa Məhkəməsinə edilən müraciətə cavab gəlib. Biz Rauf Mirqədirovun qanunsuz olaraq həbs müddətinin uzadılmasına etiraz etmişdik. Avropa Məhkəməsində iş qəbul edilib və baxılıb. Ötən həftə biz daha bir şikayət hazırlayaraq Avropa Məhkəməsinə göndərdik”.

Vəkil Avropa Məhkəməsinə edilən müraciətin müsbət nəticə verəcəyinə inanadıqlarını vurğulayıb.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir