Modern.az

“Xocalıya görə Fransa prezidentini Bakıya çağıraq” - Fazil Mustafa

“Xocalıya görə Fransa prezidentini Bakıya çağıraq” - Fazil Mustafa

2 Fevral 2015, 13:08

““Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qarşı Azərbaycan xalqının reaksiyası yetərincə deyil. Axı, bu məsələ təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönələn hadisədir. Ona görə də bu yalanın sındırılması Azərbaycanın da xeyrinədir”.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin fevralın 2-də keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, bu yaxınlarda Fransa prezidenti Fransua Olland bəyan edib ki, aprelin 24-də saxta soyqırımı ilə bağlı Yerevana səfər edəcək və erməni xalqına həmrəyliyini nümayiş etdirəcək:

“Qarşıdan Xocalı soyqırımının 23-cü illiyi gəlir. Bəlkə biz də bu gündən başlayaraq təbliğat işlərinə başlayaq. Olland da daxil olmaqla, digər ermənipərəst və soyqırımına həssas yanaşan deputatlara, siyasətçilərə müraciət ünvanlayıb onları Bakıya dəvət edək. Bununla da onlar tarixdən soyqırımı axtarmaq əvəzində, sivil dünyada baş verən gerçək soyqırımlarını görə bilərlər”.

Spiker Oqtay Əsədov isə deputatın təklifinə cavab olaraq deyib ki, heç kim faciələrimizlə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmağa mane olmur:

“Xocalı soyqırımı haqqında biz də öz sözümüzü deyirik, mətbuat da yazır. Bu yaxınlarda İstanbulda İslam Ölkələri Parlament sədrlərinin konfransında bu məsələ qaldırıldı. Demək olmaz ki, bu istiqamətdə iş aparılmır. Biz bütün beynəlxalq tədbirlərdə soyqırımı ilə bağlı məsələni qaldırırıq. Ancaq dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar həqiqətən bütün məsələlərə birtərəfli baxırlar. Beynəlxalq təşkilatların nümayəndələri Ermənistana gedir, əmin ola bilərsiniz ki, onlar Azərbaycana gəlməyəcək. Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər? Biz özümüz öz məsələmizi həll etməsək, heç bir beynəlxalq təşkilat Azərbaycan məsələlərinə biganə qalmayacaq. Mən buna əmin olmuşam”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir